COP29

Sözü həmişə yerə buraxan baş məşqçinin küləkləməyi

1 Sentyabr 21:40 Səbail 1 677
Sözü həmişə yerə buraxan baş məşqçinin küləkləməyi

Həftənin sitatı Şahin Diniyevə məxsus olsun gərək.

«Səbail»in dağdan yüngül baş məşqçisi iddia edib ki, o, heç vaxt havaya söz buraxmır.

Buna kimin şübhəsi var ki? Diniyevi tanıyırıq və görmüşük: o, sözü həmişə yerə buraxıb.

Göylə işi olmaz, nəyinə lazım.

Niyə olsun ki? «Səbail» hələ qoy bir az da yerlərdə sürünsün.

Bəyəm, Diniyev gələndən Rauf Vəliyevi «Səbail»i yuxarılarda görüb? Nə vaxt turnir cədvəlinə baxıb, himayədarı olduğu komandanın aşağılarda baş girlədiyini görüb.

Bu il də həmin illərdən biridir. Şahin Diniyev özünə söz verib ki, uzun illər «Səbail»də qalacaq. Hətta I Liqaya, oradan II Liqaya yuvarlansalar da, ondan əl çəkməyəcək.

Hörmətkar baş məşqçi bir iddianı da ortalığa dığırladıb. Deyib ki, «Səbail» əlində olan ən yaxşı komandalardan biridir. Karyerası ərzində ən yaxşı heyətlərdən biriylə indi çalışdığını demək istəyir yəni.

Bir söz demirik, belə fikirləşirsə, qoy, olsun. Əşşi, Diniyevin öskürəyə basmağı birinci dəfədir məgər? Həmişə belə olub da. Gözə kül üfürüb də.

Yəqin, Tovuz səfərində qorxaq futbol oynamaqları da bundan irəli gəlirmiş. O, ən yaxşı hesab etdiyi komandaya bu cür miskin futbol oynatdırırsa, görün əlinə zəif saydığı heyət keçsə, nə gündə olar «Səbail».

«Turan Tovuz» ilk hissədə bir deyil, bir neçə qol vurmalıydı. Fasiləyədək hesab 3:0, 4:0 həddinə çatmalıydı.

Şahin Diniyevin o dəqiqələrdə necə əsdiyini, tər axıtdığını yanındakılar da müşahidə elədi, tribunada əyləşənlər də.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM