COP29

Çempionata uğurlu başlayan niderlandlı: “Daha artığını edə bilərəm”

31 Avqust 16:00 Səbail 617
Çempionata uğurlu başlayan niderlandlı: “Daha artığını edə bilərəm”

Ötən mövsümü 7-ci pillədə başa vuran “Səbail” cari mövsümdə məhdud büdcə ilə yaxşı nəticə qazanmaq niyyətindədir.

Açılış turunda “Zirə”yə məğlub olan “dənizçilər” növbəti həftə “Neftçi”dən 1 xal alıb, 3-cü turda “Sumqayıt”a son saniyə qolu ilə uduzdu.

4-cü futbol həftəsində isə autsayder “Kəpəz”i meydana çıxmağa peşman etdi – 4:0.

Komandanın inamlı çıxışında Süleyman Alluşun rolu danılmazdır. 22 yaşlı vinger 2 qol və 1 assistlə yadda qalıb.

Niderland vətəndaşlığını daşıyan legioner Sportinfo.az-a açıqlamasında uğurlu start barədə danışıb:

“Ötən mövsüm komandaya qış fasiləsində gəlmişdim və istədiyim kimi hazırlıq keçmək imkanım olmamışdı. Hər şey mənim üçün yeni idi.

Bu dəfəki yay təlim-məşq toplanışı mənim üçün yaxşı imkan oldu. Məşqçilər heyətinin özümə qarşı inamını gördüm və hazırlıq mərhələsində çox çalışdım.

Fikrimcə, daha artığını edə bilərəm. Gərgin məşqlər etməklə “Səbail”ə daha çox fayda verməyə çalışacam. Klubum üçün yararlı olmaq istəyirəm”.

Alluş “Səbail”in cari mövsümdə hədəfi nədir” sualına konkret cavab verməyərək mövsümün sonunu gözləməyi tövsiyə edib.

Bayıl təmsilçisi 4 turdan sonra topladığı 4 xalla 6-cı pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti