“Səbail” – “Kəpəz” görüşündə (4:0) maraqlı hadisə yaşanıb.
Baş hakim Rauf Allahverdiyev meydan sahiblərinin rəsmisini vərəqə ilə cəzalandırıb.
75-ci dəqiqədə Ayman Bouali yerdə qalaraq həkim müdaxiləsinə ehtiyac duyub. Sağlıq əməkdaşları meydana daxil olandan az sonra referi ilə “Səbail”in həkimi Natiq Süleymanovun arasında mübahisə yaşanıb.
Həkimlə hakimin sözü düz gəlməyincə, ixtiyar sahibi təbibə “sarı” göstərib və protokolda vərəqənin motivini “hakimin qərarına etiraz” kimi göstərib.
HƏBİB / SPORTİNFO.AZ