COP29

Nömrəsini dəyişdi, 8 aydan sonra futbola qayıtdı - FOTOLAR

24 Avqust 23:00 Səbail 1 502
Nömrəsini dəyişdi, 8 aydan sonra futbola qayıtdı - FOTOLAR

“Səbail”in legioneri David Qomis yaşıl meydanlara qayıdıb.

Ötən mövsüm dekabrın 10-da “Sabah”la oyunda zədələnərək əməliyyata məruz qalan fransız vinger bunun üçün 8 ay gözləməli olub.

O, ,”Kəpəz”lə qarşılaşmanın 83-cü dəqiqəsində Süleyman Alluşun əvəzinə oyuna qoşulub.

Qomisim dönüşü daha bir maraqlı məqamla yadda qalıb.

Belə ki, əvvəl “99” nömrə altında oynayan futbolçu bundan sonra kürəyində Ağabala Ramazanovun boşaltdığı “10”nu daşıyacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti