COP29

Baş məşqçi onları pulsuz qoydu, icraçı direktor görün problemi necə həll etdi!

23 Avqust 15:00 Səbail 1 409
Baş məşqçi onları pulsuz qoydu, icraçı direktor görün problemi necə həll etdi!

«Səbail»in icraçı direktoru Firuz Abdulla klubun əməkdaşlarını növbəti dəfə sevindirib.

O, «Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) rəhbərliyi ilə görüşərək, əlavə büdcə ayrılmasına nail olub.

Bu vəsait sırf personalın mükafatlandırılması üçün nəzərdə tutulub.

Problem ondadır ki, Şahin Diniyev özündən Amerika «kəşf edib». Baş məşqçi ASCO tərəfindən ayrılan mükafat fonduna nəzarəti tamamilə öz əlinə keçirib.

Yüksək ranqlı şəxslərin Rauf Vəliyevdən etdiyi xahişdən sonra müqavilə müddətini 1 il uzatmaq məqsədinə çatmış Diniyev həmin vəsaitin xərclənmə istiqamətini dəyişib.

Mətbuat xidmətinin katibi Rəşad Məmmədov, idman direktoru Zamiq Hüseynov və digər şəxslərin fonddan pul almasına «stop» qoyub.

O, «Xəzər Dəniz Gəmiçiliyi»ndəki dəstəkçiləri ilə görüşündə bu şəxlərin əleyhinə danışıb.

İddia edib ki, guya, onlar Firuz Abdullanın göstərişi ilə mətbuatda ona qarşı kampaniya aparır. Həmçinin onu da deyib ki, «Səbail»dən mediaya informasiyalar idman direktoru və press-ateşe vasitəsilə ötürülür.

Komanda Premyer Liqanın ikinci turunda «Neftçi» ilə 1:1 oynayıb və bunun müqabilində 500-600 manat civarında mükafat alıb.

Gəl ki, ötən mövsümdən fərqli olaraq, baş məşqçi onlara mükafat yazmayıb.

Baş məşqçinin icraçı direktora gücünün çatmadığı halda, onun ən yaxın kadrlarını hədəf seçməsi, təbii, yaxşı hal deyil və yəqin ki, etdiyi hərəkət tezliklə bumeranq kimi özünə qayıdacaq.

Təbii ki, Firuz Abdulla prosesə sakit qala bilməzdi. Yenə sinəsini irəli verib və ASCO-dan ayrıca büdcə əldə etməklə, onunla bərabər çalışanların əlavə vəsait qazanmasına köməklik göstərib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti