COP29

Klubun birinci şəxs qərarını dəyişdirdi, mükafat payladı – Əgər baş məşqçi getsə…

17 Avqust 18:00 Səbail 1 620
Klubun birinci şəxs qərarını dəyişdirdi, mükafat payladı – Əgər baş məşqçi getsə…

«Səbail»in İdarə Heyətinin sədri Rauf Vəliyev qərarını dəyişdirib.

Sponsor komandanın mükafat fondunu bərpa edib.

Premyer Liqanın ikinci turunda «Neftçi» ilə evdə 1:1 oynayan «dənizçilər»ə 500-600 manat civarında pul paylanılıb.

Bu məbləğ futbolçularının üzündəki qırışı açıb. Üzlər az-maz gülməyə başlayıb.

Əlbəttə, yoxa lənət! Olmayan yerdə 500-600 manat da şükür, yenə puldur.

Bununla belə, bəzi idarəçilər kollektivin ayrı-ayrı üzvləri ilə söhbətdə maraqlı etiraf ediblər.

Bildiriblər ki, məbləğin azlığı Şahin Diniyevlə bağlıdır. Belə ki. R.Vəliyevin hazırkı baş məşqçinin fəaliyyətindən narazı olduğu iddia edilib.

Deyilib ki, sədr adıçəkilən çalışdırıcıdan əlini üzüb və qarşıdakı turları gözləyir.

Yəni ki, nəticələr düzəlməsə, onunla yollar ayrılacaq və məhz bu perioddan sonra bütün işlər qaydasına düşəcək, mükafat da əvvəlkitək çox olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…