COP29

“Bura turist kimi gəzməyə yox, futbol oynamağa gəlmişəm”

16 Avqust 20:40 Səbail 3 740
“Bura turist kimi gəzməyə yox, futbol oynamağa gəlmişəm”

“Bakıda gördüklərim məni təəccübləndirmədi. Çünki daha öncə müəyyən məlumatlara sahib idim”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Səbail”in yeni futbolçusu Amir Bilali deyib.

Makedoniyalı mərkəz müdafiəçi bir neçə həftədir ölkəmizdədir. Artıq çempionatda iki oyun keçirməyə imkan da tapıb. Bu, o deməkdir ki, gördükləri ilə bağlı müəyyən təəssüratlara malikdir.

“44 nömrə” maraqlı açıqlama ilə diqqət çəkib:

“Burada olmaqdan çox-çox məmnunam. İstər komandadakı ab-hava, istər Bakının gözəlliyi, istərsə də başqa insanların isti münasibəti mənə zövq verir.

Muarem Muaremlə İsnik Alimi mənə lazım olan məlumatları vermişdi. İndi başa düşürəm ki, nələri demək istəyiblər.

Bütün bunlara rəğmən məqsədim və istəyim “Səbail”ə son dərəcə faydalı olmaqdır.

Çünki bura turist kimi gəzməyə yox, futbol oynamağa gəlmişəm. Öz oyunumla yararlı olacağıma şübhə etmirəm”.

Vaxtilə Albaniyanın U-19 millisində çıxış etmiş makedoniyalı müdafiəçi karyerası ərzində Sloveniya, Albaniya, Rumıniya, Macarıstan, Qazaxıstan, Monteneqro kimi ölkələrdə legioner həyatı yaşayıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…