COP29

"Neftçi"yə xarakter nümayiş etdirdik"

14 Avqust 23:00 Səbail 603
"Neftçi"yə xarakter nümayiş etdirdik"

"Səbail"in müdafiəçisi Dmitro Litvin Sportinfo.az-a açıqlama verib.

Ukrannalı Premyer Liqanın 2-ci turunda "Neftçi" ilə bərabərə qaldıqları (1:1) qarşılaşma barədə danışıb:

"Maraqlı qarşılaşma alındı. Ümumi götürsək oyun barəbər səviyyədə keçdi.

Oyuna yaxşı başlamasaq da, sonradan daha yaxşı çıxış etməyə başladıq. Məntiqli nəticə kimi fasilədən sonra bərabərliyi təmin etdik.

Açığı, qol şanslarımız rəqibə nisbətən daha çox idi. Ümumi danışsaq hamılıqla xarakter nümayiş etdirdik".

Komandasının yeganə qolunun müəllifi olan əcnəbi müdafiəçi bundan sevincli olduğunu gizlətməyib:

"Təbii ki, qol vurduğum üçün sevincliyəm. Hər bir futbolçu kimi, mən də komandamın uğurunda pay sahibi olmaq istəyirəm.

Fərqləndiyim üçün şadam. İlk turdakı məğlubiyyətdən sonra “Neftçi” ilə heç-heçə bizim üçün uğurlu nəticədir".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…