COP29

Pul verən şəxs klubdan imtina edib, yoxsa..?

5 Avqust 20:00 Səbail 1 148
Pul verən şəxs klubdan imtina edib, yoxsa..?

«Səbail» dünən Premyer Liqada yeni mövsümün ilk matçına çıxdı.

«Zirə»nin qonağı olan «dənizçilər» qəsəbə duelini məğlub bitirdi.

1:4 hesablı darmadağına məruz qalan Bayıl təmsilçisi yalnız bərbad oyunu, zəifdən açıq-aşkar geri qalan görüntüsü ilə diqqət çəkmədi.

Komandanın formasında ASCO yazısını da görmədik.

Geyim dəsti təzə olsa da, köhnə sponsorun adının onun üzərindən «yoxa çıxması», gözlənildiyi kimi, birmənalı qarşılanmadı, müxtəlif reaksiyalar doğurdu.

Olmaya «Xəzər Dəniz Gəmiçiliyi» 2016-cı ildən yanaşı addımladığı kluba himayədarlıqdan imtina edib? Dəqiqləşdirməyə çalışdıq və bizə məlum oldu ki, bu qərar Rauf Vəliyevə məxsusdur.

ASCO-nun və «Səbail»in İdarə Heyətinin sədri büdcəni azaltdığından və komandadan yaxşı heç nə gözləmədiyindən, formanın üzərindən adın yığışdırılmasını tapşırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…