Yay fasiləsində heyətlə bağlı ciddi dəyişikliklərə məruz qalan “Səbail” axtarışlarını davam etdirir.
Heyətinə 10 yeni oyunçu qatan “dənizçilər” mərkəz yarımmüdafiəçi axtarışındadır.
Bununla bağlı klub rəsmilərinə bir neçə futbolçunun adı göndərilib. Lakin hələ ki, yekun qərar verilməyib.
Baş məşqçinin istədiyi “8 nömrə”dir. Yəni, həm dağıdıcılığı, həm də yaradıcılığı bacaran orta xətt oyunçusu.
Transferlə bağlı yaxın 10 gün ərzində qərar veriləcək. Təbii ki, tələblərə cavab verən biri olsa.
“Səbail” yay fasiləsində Fərid Nəbiyev (Turan Tovuz), Vüsal Məsimov (Kəpəz), Nihad Quliyev (Qarabağ), Amir Bilali (“Qostivar”, Şimali Makedoniya), Dmitri Litvin (“Lusitaniya”, Portuqaliya), Qorka Laruçça (“Etır”, Bolqarıstan), Mert Çelik (“Başakşehir”, Türkiyə), Gülağa Əsədov (İmişli), Əlirza Müştəbəzadə (Difai), Ayman Bouali ilə (“Ümraniyespor”, Türkiyə) güclənib.
HƏBİB / SPORTİNFO.AZ