COP29

Premyer Liqa klubundan əcaib qərar - Uğursuz baş məşqçinin maaşını artırdılar

24 İyul 17:20 Səbail 2 815
Premyer Liqa klubundan əcaib qərar - Uğursuz baş məşqçinin maaşını artırdılar

2022-ci ilin dekabrında «Səbail»in baş məşqçisi təyin olunan Şahin Diniyevin qarşıdakı 1 ildə qazanacağı məbləğ bilinib.

«Dənizçilər»in ötən ay müqaviləsini uzatdığı çalışdırıcı 135 min manat gəlir əldə edəcək.

Belə deyək, Bayıl təmsilçisi onun əməkhaqqısını təkrar artırıb.

Bu isə düşünməyə əsas verir – büdcəsi azalan rəhbərlik uğursuz sükançısına niyə bu qədər ödəmə edir?

Hansı xidmətinə, əziyyətinə görə? «Səbail» Diniyevin başçılığı ilə iki uğursuz mövsümü arxada qoyub.

İlk sezonda Premyer Liqada qalmağı yalnız son turda təmin edə biliblərsə, keçən «futbol ili»ndə 7-ci pilləni tutublar.

10 milyondan artıq büdcəylə avrokuboklara vəsiqə qazanmağı bacarmayan Diniyevi, görəsən, bu dəfə hansı vəzifəli şəxs tapşırıb?

Yoxsa normal məntiqlə ona «çıx get» deməli idilər. Əgər deməyiblərsə, deməli… Diniyev tapşırıqla gəlib.

Tapşıran da elə-belə adam olmayıb. Yoxsa adamı postda saxlamaqları az deyilmiş kimi, hələ üstəlik, maaşına da artım etməzdilər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti