Türkiyə hazırlığını başa vuraraq vətənə qayıdan “Səbail”də istirahət müddəti başa çatıb.
Təlim-məşq toplanışının sonuncu hissəsini Bakıda keçən “dənizçilər” daha iki yoldaşlıq görüşünün baş tutamasında maraqlıdır.
Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv iyulun 25-də “Səbail-2” ilə üz-üzə gələcək. İyulun 29-dakı rəqibin adı I Liqa təmsilçisi MOİK-dir.
Bunula da yay toplanışı başa çatacaq.
Hər iki oyun “ASCO Arena”da gerçəkləşəcək.
“Səbail” Premyer Liqanın açılış turunda “Zirə”nin qonağı olacaq. Avqustun 4-də baş tutacaq görüş saat 20:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ