COP29

Premyer Liqa klubunun baş məşqçi "yuxarı"ya şikayət etdi - Bu şəxslər mənə mane olur

17 İyul 19:40 Səbail 3 205
Premyer Liqa klubunun baş məşqçi "yuxarı"ya şikayət etdi - Bu şəxslər mənə mane olur

«Səbail»də növbəti dəfə gərginlik yaranıb. Şahin Diniyev yenə də aranı qatıb.

İki ilə yaxındır «dənizçilər»i çalışdıran, bu müddətdə fiaskoya bərabər nəticələr əldə edən, AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun dəstəyi sayəsində kreslosunu qoruyan baş məşqçi aləmi bir-birinə vurub.

O, klubun himayədarı olan «Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) rəhbər şəxsləri ilə əlaqə saxlayaraq, idman direktoru Firuz Abdulla və onun köməkçisi Zamiq Əliyevdən şikayətlənib.

Diniyev iddia edib ki, guya sözügedən şəxslər onun normal fəaliyyət göstərməsinə mane olur, iş prosesində problemlər yaradır.

Baş məşqçi deyib ki, Abdulla və yardımçısı bir çox yerlərdə əleyhinə fikirlər söyləyir, kollektiv daxilində təfriqə yaradır.

Düzdür, biz buna bir o qədər inanmırıq, ancaq Diniyev ASCO mənsublarından xahiş eləyib ki, ona köməklik göstərilsin, hər iki funksionerin komandaya müdaxilə imkanları məhdudlaşdırılsın.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti