COP29

Ağır zədədən qayıdan legioner iddialı danışdı: "Daha da yaxşı olacağam"

16 İyul 23:00 Səbail 2 375
Ağır zədədən qayıdan legioner iddialı danışdı: "Daha da yaxşı olacağam"

Türkiyədə yeni mövsümə hazırlıqlarını davam etdirən "Səbail"in yarımmüdafiəçisi David Qomis Sportinfo.az-a açıqlama verib.

31 yaşlı legioner ilk olaraq komandasının hazırlığı barədə fikirlərini bizimlə bölüşüb:

"Hazırlığımız yüksək səviyyədə davam edir. Məşqlərdə çox çalışırıq. Yeni oyunçularımız var. Uyğunlaşmaları yaxşı gedir. Əsas istəyimiz çempionatın startına qədər tam hazır olmağımızdır. Əziyyətimizin bəhrəsini mövsüm ərzində görəcəyimizə inanırıq".

Uzunmüddətli zədədən qayıdan Qvineya Bussua millisinin sabiq üzvü özünün son durumu ilə bağlı da məlumat verib:

"Özümü normal hiss edirəm. Səhər məşqlərində daha çox fərdi çalışıram, axşam isə komanda ilə birlikdə məşq edirəm. Bir müddətdən sonra daha yaxşı olacağıma inanıram".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti