COP29

Paytaxt klubu "əcnəbi söhbəti"ni bağladı

14 İyul 23:20 Səbail 1 760
Paytaxt klubu "əcnəbi söhbəti"ni bağladı

"Səbail" yeni mövsümə hazırlıqları Türkiyənin Ərzurum bölgəsində davam etdirir.

Toplanış sırasında transfer çalışmalarını da durdurmayan Bayıl təmsilçisi artıq 4 legioneri sıralarına qatıb.

Söhbət Amir Bilali, Dmitri Litvin, Ayman Buali və Qorka Laruççadan gedir.

Bununla da "Səbail"də yay fasiləsi üçün legioner transferi bitmiş sayılacaq.

Bu isə o deməkdir ki, klub yeni mövsümə 7 gəlmə ilə start verəcək.

Yeni gələnlərlə bərabər daha öncədən qalacağı dəqiqləşən Alluş Süleyman, Queta Madi və David Qomis də "dənizçilər"in uğurları üçün tər axıdacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti