2023/2024 mövsümünü "Səbail"də keçirən Pedro Nuno yeni sezona Azərbaycanda başlamayacaq. Bayıl klubundan ayrıldıqdan sonra "Araz-Naxçıvan"a keçəcəyi iddia edilən portuqaliyalı Polşada oynayacaq.
Sportinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu "Korona" ilə anlaşıb.
O, Polşa klubu ilə 1+1 illik şərtlərlə müqaviləyə qol çəkib.
Portuqaliyalı "Səbail"in heyətində ötən mövsüm 34 oyun keçirmiş və 10 qol vurmuşdu.