"Səbail"dən daha bir legioner ayrılıb.
Sportinfo.az xəbər verir ki, komandanın aparıcı oyunçularından olan Pedro Nunu komandanı tərk edib.
29 yaşlı hücumameyilli yarımmüdafiəçinin müqaviləsi başa çatıb və o klubla vidalaşıb. Portuqaliyalı İnstaqram hesabında bununla bağlı yazıb:
"Səbail”in formasını geyinmək mənim üçün böyük şərəf idi. Bütün komanda yoldaşlarıma, məşqçilərimə və əməkdaşlara dəstək və fədakarlıq üçün təşəkkür etmək istəyirəm.
Buradakı gözəl xatirələri və dostluqları özümlə aparıram. Sevgi və sarsılmaz dəstəyə görə azarkeşlərə təşəkkür edirəm.
“Səbail”dəki bu təcrübə unudulmaz oldu. Tezliklə görüşərik!"
2023-cü ilin iyulundan "Səbail"də çıxış edən Nuno komandada ümumilikdə 37 oyuna 11 qol vurub.