"Səbail" yeni mövsümə hazırlıqlarını davam etdirir.
"ASCO Arena"da baş tutan məşqlərdə Adi Mehremiç də iştirak edir.
Müqaviləsi başa çatan legionerlə yolların ayrıldığı ehtimal olunurdu.
Çünki büdcənin azalması səbəbindən Bayıl təmsilçisi mərkəz müdafiəçisinin maaş öhdəliklərini yerinə yetirmək gücündə deyil.
Belə olan halda "4 nömrə"nin düşərgədə olması təəccüb doğurmaya bilməz.
Kiçik araşdırmadan sonra aydın oldu ki, həqiqətən, "Səbail" Adi ilə yeni anlaşma imzalamayıb.
Onun məşqlərdə iştirakı etməsinə səbəb isə başqadır.
Belə ki, əcnəbi futbolçu baş məşqçi Şahin Diniyevdən yeni klub tapana kimi məşqlərdə iştirak etməsinə şərait yaratmasını xahiş edib.
Təcrübəli mütəxəssis də onun bu istəyinə yox deməyib.
Bosniya Hersoqovinalı legioner ötən ilin yayından "Səbail"in şərəfini qoruyur.
O, başa çatan mövsüm meydana çıxdığı 35 matçda 3 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
XANOĞLAN / SPORTİNFO.AZ