COP29

Biri gəldi, 2-si yoldadır, 3-ü xaricdə qoşulacaq

29 İyun 20:40 Səbail 5 613
Biri gəldi, 2-si yoldadır, 3-ü xaricdə qoşulacaq

“Səbail”də istirahət müddəti başa çatıb.

Komanda üzvləri iyunun 27-də Bakıda bir araya gəlib. Lakin tam tərkibdə yox.

Paytaxtdakı bir həftəlik hazırlıq mərhələsində əsasən yerli futbolçular iştirak edəcəklər.

Ötən mövsüm komandada olan və karyerasını “Səbail”də davam etdirəcək David Qomis artıq Bakıdadır. Bir ildir zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan vinger kollektiv çalışmalarda iştirak edə biləcək.

Digər iki əcnəbi Madi Queta ilə Süleyman Alluş isə düşərgəyə iyulun ilk günündə qatılacaqlar.

Sözügedən üç legioner iyulun 5-də kollektivlə birlikdə Bakıdan Ərzuruma yola düşəcəklər. Yeni anlaşma əldə olunan Dmitri Litvin, Amir Bilali və Qorka Larruça birbaşa Türkiyəyə gələcəklər.

“Səbail” hazırda daha iki əcnəbi ilə danışıqları davam etdirir. Yaxın günlərdə onlarla anlaşma əldə olunsa, onlar da Ərzurumdakı toplanışdakı iştirak edəcəklər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti