“Səbail”in 2024/2025 mövsümü üçün yay hazırlıq planı bəlli olub.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 27-də baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında bir araya gələcək komanda iyulun 3-nə qədər məşqləri Bakıda keçirəcək.
“Dənizçilər” iyulun 5-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Ərzurumda baş tutacaq təlim-məşq toplanışında komanda 3 yoxlama oyununa çıxacaq.
“Səbail” iyulun 11-də 1-ci Liqa təmsilçisi “Ərzurumspor”la, 13-də isə Türkiyə Superliqası klublarından “Hatayspor”la qarışlaşacaq.
Sonucu rəqib və oyunların başlama vaxtı ilə bağlı yaxın günlərdə məlumat veriləcək. Ərzurum toplanışı iyulun 18-dək davam edəcək.
"Səbail" 2023/2024 mövsümünü 42 xalla 7-ci pillədə bitirib.