COP29

Əsas şəxs uğursuzluqdan "doydu", kluba qəpik-quruş ayırdı

24 İyun 20:40 Səbail 1 714
Əsas şəxs uğursuzluqdan "doydu", kluba qəpik-quruş ayırdı

«Səbail»in İdarə Heyətinin sədri Rauf Vəliyevin yeni mövsüm üçün nə qədər büdcə ayırdığı məlum olub.

«Xəzər Gəniz Gəmiçiliyi»nin rəhbəri uğursuz sezondan sonra tamamilə ruhdan düşüb.

Bunu onun «dənizçilər»in önünə atdığı vəsaitin həcmindən də görmək olar. Belə ki, Vəliyev Bayıl təmsilçisinə cəmi 1,5 milyon manat verib.

Bu da ki, geridə qalan «futbol ili» ilə müqayisədə 3-4 dəfə azdır.

Ümumiyyətlə, R.Vəliyev «Səbail»də çox adamdan və çox şeydən narazıdır.

Sadəcə, buradakı vəzifəli şəxslərin əksəriyyəti AFFA-nın sabiq icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədova bağlı olduğundan, onları yerindən tərpədə bilmir.

Kimə nə desin, hansı birinə toxunmaq istəsə, o dəqiqə Parisdən zəng gələcək, xahiş olunacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO