COP29

Diniyevdən Ramazanovlara üç cümləlik cavab

9 İyun 19:00 Səbail 6 965
Diniyevdən Ramazanovlara üç cümləlik cavab

Ağabala Ramazanovun “Səbail”dən kənarlaşdırılması səmada şimşək effekti verdi.

Öncə futbolçunun böyük qardaşı Zaur Ramazanov mətbuata açıqlamalarında Şahin Diniyevin ünvanına sərt ifadələr işlətdi, ardınca mövsümün yarısını zədə səbəbindən boşa verən səbəbkar sosial şəbəkə hesabındakı paylaşımla diqqətləri üzərinə çəkdi.

Yazılanlardan və deyilənlərdən sonra Diniyevin mövqeyi maraq doğurmaya bilməzdi.

Odur ki, 57 yaşlı mütəxəssislə əlaqə saxlayıb Ramazanovların ittihamlarına cavab almaq istədik.

Şahin bəy heç bir vəchlə danışmaq istəmirdi. Bu mövzuda fikir bildirməyi özünə yaraşdırmadığını deyib, zamanın səssiz mişar olduğuna işarə vururdu.

Uzun-uzadı təkidlərdən sonra üç cümləlik açıqlama ilə kifayətləndi:

“Bu barədə heç nə danışmaq istəmirəm. Bir onu deyə bilərəm ki, Ağabala üçün klubun və mənim etdiyimiz yaxşılıqları Allah görüb. Başqa heç nə deməyəcəyəm”.

Maraq üçün bildirək ki, Ağabala Ramazanovla “Səbail” arasındakı müqavilənin müddəti başa çatdığından onunla yeni sözləşmə imzalanmayıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO