COP29

Azərbaycan klubu 9 legioneri yola salıb, 3-nü saxladı

10 İyun 15:00 Səbail 3 978
Azərbaycan klubu 9 legioneri yola salıb, 3-nü saxladı

Mövsümü yeddinci pillədə başa vuran “Səbail”də ciddi islahatlar yaşanır.

Klubun büdcəsinin təxminən 60 faiz azalması gələcək planlara təsirsiz ötüşməyib.

Yüksək ödənişli futbolçularla yollar ayrılır, legionerlə başa çatan müqavilələrin müddəti yenilənmir.

Sportinfo.az xəbər verir ki, Silvayin Deslandes, Nir Bardea, Adi Mehremiç, Anas Najah, Yadin Luqasi, Pana, Pedro Nuno, Ayub Masika və Aleksandr Ramalinqom növbəti mövsümdə “dənizçilər”in heyətində yer almayacaq.

Onlarla başa çatan sözləşmənin müddəti maddi azalma səbəbindən uzadılmayıb.

Klubla anlaşması davam edən üç legioner Şahin Diniyevin sərəncamında olacaq. Bunlar Madi Queta, Süleyman Alluş və David Qomisdir.

Əlavə legionerlərin cəlb olunub-olunmayacağı sual altındadır.

HƏBİB / SPORTINFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO