COP29

Paytaxt klubunda vitse-kapitanla bağlı YEKUN QƏRAR verildi

6 İyun 15:00 Səbail 1 098
Paytaxt klubunda vitse-kapitanla bağlı YEKUN QƏRAR verildi

"Səbail" daha bir oyunçu ilə anlaşıb.

Söhbət müdafiəçi Cabir Əmirlidən gedir.

Vitse-kapitanla danışıqlar müsbət yekunlaşıb.

27 yaşlı futbolçu ilə yeni anlaşmanın müddəti 1 ili əhatə edəcək.

Cabir 2021-ci ilin yayından "dənizçilər"in şərəfini qoruyur.

O, arxada qalan müddətdə 82 oyunda meydana çıxıb və 1 qol, 1 asistlə yadda qalıb.

Gənclər millimizin sabiq üzvü daha əvvəl "Rəvan", "Neftçi", "Sumqayıt" və "İnter"(indki "Şamaxı") klublarında çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO