COP29

Buradan uzaqlaşdırıldı, sillə kimi söz işlətdi: "Namərdlərə ayağımızın tozunu da vermərik"

6 İyun 10:40 Səbail 1 721
Buradan uzaqlaşdırıldı, sillə kimi söz işlətdi: "Namərdlərə ayağımızın tozunu da vermərik"

Ağabala Ramazanov "Səbail"in baş məşqçisi Şahin Diniyevdən narazı qalıb.

Bir səbəbə - yolların ayrılmasına görə.

31 yaşlı şücumçu ilə başa çatan müqavilə müddəti yenilənməyib. Və bu, millinin sabiq forvardını hiddətləndirib.

Ramazanovun paylaşdığı bu sözlər vəziyyəti olduğu kimi əks etdirir:

Buradan uzaqlaşdırıldı, sillə kimi söz işlətdi: "Namərdlərə ayağımızın tozunu da vermərik"

"Mərd kişilərə görə canımızı da verərik. Namərdlərə heç ayağımızın tozunu da vermərik. Nə qədər ki o klubda Şahin Diniyev var, o klubdan klub olmaz".

Ağabalanın nə demək istədiyini anlamaq çətin deyil. Axı son mövsüm onun üçün çox ağır keçib.

Sezonun əvvəlində "Turan Tovuz"la matça təsadüf edən hadisəni nəzərdə tuturuq. Bayılda təşkil olunan qarşılaşmanın ilk hissəsində rəqib müdafiəçi Faiq Hacıyevlə toqquşan forvard başından ağır zədə alır.

Beyin silkələnməsi keçirən Ramazanov yaddaşını itirmək təhlükəsi ilə üz-üzə qalır. Həkimlər xəbərdarlıq edir – o, olum-qalım mübarizəsi gedir.

Ağa bu mübarizədən qalib ayrılır. Təqribən 6-7 yaşıl sahələrdən uzaq qalsa belə. Çətinliklə də olsa, sağalır, hətta sevimli peşəsinə dönür.

Yığmanın keçmiş üzvü özündə güc tapır və mayda bir neçə oyuna çıxır. Lakin görünür, bu əzm və inadkarlığı Ramazanova bəs eləmir. Diniyev növbəti sezonla bağlı planlarını onsuz qurur.

İndi də belə bir reaksiya… Xoşagələn mənzərə deyil.

A.Ramazanov karyerası ərzində 2 dəfə - 2018-2020 və 2022-2024-cü illərdə “dənizçilər”in formasını geyinib. Ümumilikdə 80 oyuna çıxan futbolçu 20 qol vurub, 8 məhsuldar ötürmə edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO