COP29

Millimizin sabiq müdafiəçisindən ayrılığa reaksiya: "Çətin oldu, amma..."

9 İyun 15:15 Səbail 552
Millimizin sabiq müdafiəçisindən ayrılığa reaksiya: "Çətin oldu, amma..."

"Səbail"də ilk ayrılıq baş tutub.

Bayıl təmsilçisi Adil Nağıyevlə yolları ayırıb.

Bu barədə təcrübəli müdafiəçi öz sosial şəbəkə hesabından paylaşım edib.

28 yaşlı arxa xətt oyunçusu Sportinfo.az-a açıqlamasında qərarı belə şərh edib:

"Qarşılıqlı razılıqla yollarımızı ayırmaq qərarı verdik. Gələcəyin necə olacağını zaman göstərəcək. Hər kəs üçün xeyirli olar, inşallah".

Nağıyev 2019-cu ildən Bayıl tmsilçisinə məxsusdur. O, arxada qalan müddətdə bu klubun 110 matçında meydana çıxıb.

Milli komandamızın sabiq üzvü uzun müddətdir şərəfini qoruduğu "dənizçilər"dən ayrılmağın onun üçün ağır olduğunu sözlərinə əlavə edib:

"Səbail"lə çox öyrəşmişdim. Amma futbolda belə hallar olur. Ayrılıq çətin oldu. Hər iki tərəf üçün də xeyirli olsun.

"Səbail" komandasına uğurlar arzu edirəm. Daha yaxşı yerlərə yüksəlmələrini arzu edirəm.

Hər şeyin bir sonu var. "Səbail"dəki karyeramın da sonu gəldi. Yeni macera üçün yolları ayırmağın vaxtı çatmışdı".

XANOĞLAN

Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO