“Səbail”in büdcəsi bir qədər də artırılacaq. Komandanın Premyer Liqanın son 4 turunda məğlubiyyət üzü görməməsi Rauf Vəliyevu hərəkətə gətirib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin və klubun Müşahidə Şurasının sədri bununla bağlı iclasda danışıb.
Bildirib ki, o, «dənizçilər»in uğurlu mövsüm keçirməsini, çempionatda minimum 5-ci yeri tutmasını istəyir.
Vəliyev bunun üçün yeni ildən etibarən ümumi vəsaitin miqdarını bir qədər də artıra biləcəyini söyləyib. Sədr ən azı 2 legionerin alınmasına pul ayıracağını qeyd edib.
SPORTİNFO.AZ