Bərbad mövsüm keçirən "Səbail"də “yarpaq tökümü” başlayıb.
Premyer Liqada qalmaq tapşırığının öhdəsindən son anda gələn Şahin Diniyev kütləvi “təmizləmə” əməliyyatına start verib.
"Dənizçilər" Ruslan Hacıyev və argentinalı yarımmüdafiəçi Franko Mazurekin mövsümün sonunda başa çatan müqaviləsini yeniləməyib.
Bayıl təmsilçisi daha əvvəl Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa ilə də vidalaşıb.
Göndəriləcək futbolçuların siyahısı daha genişdir. Qarşıdakı saatlarda və günlərdə daha 5-6 nəfər yola salınacaq.
Ümumiyyətlə, Diniyev 10-dan çox oyunçunun adını “qara dəftər”ə yazıb.
SPORTİNFO.AZ