“Səbail”in yeni legionerlə anlaşmasını xəbər vermişdik.
Bayıl təmsilçisi Maksim Çeki sıralarına qatıb.
Ukraynalı yarımmüdafiçi ilə imzalanan müqavilənin müddəti 1 ildir. 23 yaşlı vinger Donetsk “Şaxtyor”unun yetirməsidir.
2019-2021-ci illəri icarə əsasında “Maripol”da keçirib. Ukraynanın U-17, U-18, U-19, U-20 və U-21 yığmalarının formasını geyinib.
Hazırda müharibə ilə əlaqədar Ukraynada çempionata ara verildiyindən, o. “Səbail”ın təklifini qəbul etməyə razılaşıb. Baxmayaraq ki, Qazaxıstan və Kipr klubları da Maksimə dəvət göndərib.
SPORTİNFO.AZ