«Şamaxı»dan uzaqlaşdırılan analitik Ceyhun Rzayev fəaliyyətini «Səbail»də davam etdirəcək.
Cavid Hüseynov vaxtilə əyalət klubunda birgə çalışdığı şəxsi yeni iş yerinə yetirib.
O, burada Zaur Əliyevi əvəzləyib. Sonuncu klubun sabiq icraçı direktoru Fərəc Əliyevə yaxın kadr olduğundan, Hüseynovun “qara dəftər”inə düşüb.
«Şamaxı»nın baş məşqçisi Ayxan Abbasov Ceyhun Rzayevin işindən tam razı qalmadığı üçün vidalaşmağı lazım bilib.
Rzayev 3 ilə yaxın idi ki, əyalət komandasında çalışırdı.
Cavid Hüseynovun vaxtında bura cəlb olunan mütəxəssis ondan sonra Vüqar Əsgərov və Ramiz Məmmədovla fəaliyyət göstərib.
SPORTİNFO.AZ