«O, De Zerbi fanatı olan məşqçidir».
Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.
ATV kanalında yayımlanan «Futbolumuz» verlişində danışan tanınmış teleşərhçi «Turan Tovuz»la matçda Premyer Liqada debüt edən Elvin Məmmədovdan danışıb.
Bildirib ki, Şahin Diniyevin istefasından sonra «Səbail»i meydana çıxaran gənc mütəxəssis ilk oyununda 1 xal qazanmağı bacarıb.
Məmmədovla bağlı araşdırma apardığını söyləyən Abbasov qeyd edib ki, o, italiyalı De Zerbinin iş üslubundan faydalanmaqdadır.
Ekspert onun adıçəkilən həmkarını özünə örnək aldığını söyləyib.
"Səbail"in U-19 komandasını çalışdıran Elvin Məmmədov ilk günlərdən işə yanaşması ilə hamını sözün yaxşı mənasında təəccübləndirməyə başlayıb.
Sən demə, italiyalı mütəxəssis Roberto De Zerbinin fanatı olan Məmmədov neçə müddətdir ki, onun iş prinsiplərini mənimsəməyə çalışır.
Xeyli araşdırmalar aparıb De Zerbinin iş metodikasını dərindən öyrənən Məmmədov "Səbail"in U-19 komandasında fəaliyyətini məhz bu istiqamətdə qurub.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: