COP29

“Yaxın günlərdə karyeramla bağlı açıqlama verəcəm”

6 İyun 02:10 Səbail 1 663
“Yaxın günlərdə karyeramla bağlı açıqlama verəcəm”

"Səbail"lə başa çatan müqavilə müddəti yenilənməyən Ağabala Ramazanov klubdan ayrılmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, "report"a açıqlama verən 32 yaşlı futbolçu hazırda heç bir klubla danışıq aparmadığını bildirib.

"Səbail"dən ayrılandan sonra hələ ki, yeni xəbər yoxdur. Hansısa klubla danışıqlara başlamamışam.

Yəqin ki, yaxın günlərdə karyeramla bağlı açıqlama verəcəm və hər kəs biləcək", - deyə hücumçu vurğulayıb.

A.Ramazanov karyerası ərzində 2 dəfə - 2018-2020 və 2022-2024-cü illərdə “dənizçilər”in formasını geyinib.

Ümumilikdə 80 oyuna çıxan kapitan 20 qol vurub, 8 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO