“Səbail”in bir qrup futbolçusu klub funksionerləri ilə görüşüb.
Konkret olaraq, 4 oyunçu rəsmilərlə bir araya gələrək, Şahin Dimiyevdən narazılıqlarını diqqətə çatdırıb.
Komanda üzvləri baş məşqçinin iş prinsiplərindən şikayətlənib, onun kollektiv daxilində çaxnaşma yaratdığını bildiriblər.
“Dənizçilər” Diniyevin normal və düzgün məşq keçməyi bacarmadığını, futbolçular arasında təfriqə saldığını söyləyiblər.
Çalışdırıcının hər məğlubiyyəti onların üstünə atmasından, mətbuat konfranslarında tənqdi etməsindən bezdiklərini vurğulayıblar.
“Səbail”lilər Diniyevin rəhbərliyi altında çıxış eləməkdən bezdiklərini deyib, hətta “o, nə vaxt istefa verəcək” deyə, sual ediblər.
İdarəçilər nə cavab verib? Hə...
Çiyin çəkməklə kifayətləniblər.
Sadəcə, “bu, Rauf Vəliyevdən (klubun İdarə Heyətinin sədri) asılı məsələdir, bizdən asılı olsaydı, çoxdan getmişdi” söyləməklə kifayətləniblər.
Bayıl təmsilçisininm ümumi durumu, doğrudan da, açınacaqlıdır. Heyət kifayət qədər yaxşı olsa da, nəticələr kifayət qədər pisdir.
“Dənizçilər” 8 tur ərzində cəmi 4 xal toplayıb və turnir cədvəlinin 9-cu – sondan əvvəlki pilləsində qərarlaşıb.
SPORTİNFO.AZ