COP29

İSTEFAYA GÖNDƏRİLƏCƏK – Növbəti 3 turda da uğursuz olsa…

10 Avqust 17:20 Səbail 3 123
İSTEFAYA GÖNDƏRİLƏCƏK – Növbəti 3 turda da uğursuz olsa…

«Səbail» rəhbərliyinin baş məşqçi postu ilə bağlı nə planlaşdırdığı məlum olub.

Premyer Liqada yeni mövsümə «Zirə»yə məğlubiyyətlə (1:4) başlayan «dənizçilər»in Şahin Diniyevlə uzun müddət çalışmaq niyyəti yoxdur.

2022-ci ilin dekabrında görəvə gətirilən çalışdırıcının sözləşməsinin iyunda uzadılmasına baxmayaraq.

Diniyev üçün qarşıdakı 3 tur çox əhəmiyyətlidir. Komanda bu həftələr ərzində uğursuzluğa düçar olsa, o, istefaya göndəriləcək.

Klubun İdarə Heyətinin sədri Rauf Vəliyev yaxın çevrəsiylə söhbətində bu barədə söz açıb. O, hazırkı baş məşqçi ilə normal nəticələr qazanılacağına ümidini itirdiyini söyləyib.

İki ilə yaxındır «dənizçilər»i çalışdıran, bu müddətdə fiaskoya bərabər nəticələr əldə edən, AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun dəstəyi sayəsində kreslosunu qoruyan baş məşqçi aləmi bir-birinə vurub.

O, klubun himayədarı olan «Xəzər Dəniz Gəmiçiliyi»nin (ASCO) rəhbər şəxsləri ilə əlaqə saxlayaraq, icraçı direktor Firuz Abdulla və idman direktoru Zamiq Hüseynovdan şikayətlənib.

Diniyev iddia edib ki, guya sözügedən şəxslər onun normal fəaliyyət göstərməsinə mane olur, iş prosesində problemlər yaradır.

Baş məşqçi deyib ki, Abdulla və yardımçısı bir çox yerlərdə əleyhinə fikirlər söyləyir, kollektiv daxilində təfriqə yaradır.

Düzdür, biz buna bir o qədər inanmırıq, ancaq Diniyev ASCO mənsublarından xahiş eləyib ki, ona köməklik göstərilsin, hər iki funksionerin komandaya müdaxilə imkanları məhdudlaşdırılsın.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…