Cavid Hüseynov "Səbail"in baş məşqçi postuna təyin olunub.
Bu məlumatı klubun mətbuat xidməti rəsmən açıqlayıb.
Sportinfo.az xəbər verir ki, Şahin Diniyevdən boşalan vəzifəyə gətirilən 36 yaşlı mütəxəssislə 2 illik – yəni, 2025/2026 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
C.Hüseynov noyabrın 13-də, saat 18:00-da komanda ilə ilk məşqinə çıxacaq. Məşqdən 15 dəqiqə öncə KİV nümayəndələri üçün “ASCO Arena”da brifinq təşkil ediləcək.
O, son olaraq “Turan Tovuz”da baş məşqçi Kurban Berdiyevin köməkçisi vəzifəsində çalışıb.