Konor Makreqor Dağıstana gəlməkdən qorxur.
Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı UFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanal Nurməhəmmədov verib.
O, Konora dəvət göndərdiklərini də bildirib: “Biz bu məsələni unutmuşuq, onu bağışlamışıq.
Mən onu bir neçə dəfə Dağıstana dəvət etmişəm. Amma o, gəlmək istəmir, qorxur. Bu onun şəxsi işidir, yəqin ki, təhlükəsizliyinə görə narahatdır”.