Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında azərbaycanlı samboçu Ağasif Səmədov finalda uduzub.
"
Sportinfo.az xəbər verir ki, Ağasif Səmədov (52 kq) finalda erməni dünya çempionu Tiqran Kirakosyana 0:4 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.
Bu, Azərbaycanın yeddinci medalı olub. Medalların 3-ü gümüş, 4-ü bürünc əyarlıdır.