COP29

Azərbaycan samboçusu ermənini uddu, bürünc medal qazandı

23 İyun 2019 00:40 Sambo 880
Azərbaycan samboçusu ermənini uddu, bürünc medal qazandı

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, ikinci gündə samboçularımız mübarizəyə qoşulub.

Yığma üzvlərindən ilk olaraq Mehman Xəlilov xalça üzərinə çıxıb. 57 kq çəki dərəcəsində yarışan idmançımız 1/4 finalda Vladislav Buroza (Belarus) məğlub olub.

Bununla belə, medal şansını davam etdirən Xəlilov ermənistanlı Maksim Manukyana qalib gələrək, bürünc medal qazanıb.

Digər samboçumuz Emil Həsənov (68 kq) 1/4 finalda Laslo Jolt-Sokeyə (Rumıniya) qalib gəlib. Lakin o, yarımfinalda Mindia Liluaşviliyə məğlub olub.

Təmsilçimiz bolqarıstanlı Martin İvanovu üstələyərək, "bürünc"ə layiq görülüb.

Yeganə xanım samboçu Gözəl Zutova (72 kq) 1/4 finalda Kamil Larosa (Fransa), təsəlliverici döyüşdə Lorena-Aleksandra Podelençiyə (Rumıniya) uduzaraq, yarışı başa vurub.

Ceyhun Hüseynov (82 kq) da eyni aqibətlə üzləşib. O, öncə gürcüstanlı Besarionu Berulava, ardınca italiyalı Alesio Miçeliyə uduzub.

Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?