COP29

Azərbaycanın 4 samboçusu bürünc medal qazana bilər

22 İyun 2019 14:24 Sambo 864
Azərbaycanın 4 samboçusu bürünc medal qazana bilər

Azərbaycan “Minsk 2019” II Avropa Oyunlarında ilk medal qazanmaq şansını əldən verib.

Sportinfo.az xəbər verir ki, 68 kq çəkidə çıxış edən samboçu Emil Həsənov yarımfinalda gürcüstanlı Mindia Liluaşviliyə uduzub – 3:4.

O, Bakı vaxtı ilə saat 18:15-də bürünc medal görüşünə Timofye Yemelaynu (Belarus) - Andrey Perepelyuk (Rusiya) cütünün qalibi ilə qarşılaşacaq.

Bu gün mübarizə aparan digər sanboçulardan Gözəl Zutova (72 kq) fransalı Laroz Kamiyə uduzub. O, təsəlliverici görüşdə rumıniyalı Lorena-Aleksandra Podelenski ilə qarşılaşacaq.

Digər samboçulara gəlincə, Mehman Xəlilov (57 kq) belaruslu Vladislav Burdza, Ceyhun Hüseynov (82 kq) isə gürcüstanlı Berulava Besarioniyə məğlub olub.

Hüseynov təsəlliverici görüşdə italiyalı Mikeli Alessio ilə qarşılaşacaq. Xəlilov isə bürünc medal uğrunda Əmrə Çəlik (Türkiyə) - İvan Pilipiyak (Ukrayna) cütünün qalibi ilə üz-üzə gələcək.

Bu görüş saat 18:07-yə nəzərdə tutulub. Beləliklə, Azərbaycanın 4 samboçusunun bürünc medal qazanmaq şansı var.

Xəbər Lenti