“Fənərbaxça”nın yarımmüdafiəçisi Fred karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçunun xidmətində “Əl-Hilal” maraqlıdır.
Ərəblərin 30 yaşlı oyunçu üçün Türkiyə klubuna 40 milyon avroluq təklif göndərəcəyi bildirilir.
“Fənərbaxça” Fredi mövsümün əvvəlində “Mançester Yunayted”dən transfer edib.
“Sambaçı” İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 21 matçda 6 məhsuldar ötürmə ilə yadda qalıb.