Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan dünya kubokunda yarımfinal mərhələsinin ilk oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı qrossmeyster beşqat dünya çempionu, norveçli şahmatçı Maqnus Karlsenlə üz-üzə gəlib.
Abasov qara fiqurlarla mübarizə aparıb və məğlub olub. İkinci oyun sabah keçiriləcək.
Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Maqnus Karlsen isə onun həmyerlisi Domaracu Qukeşi mübarizədən kənarlaşdırıb.