COP29

Nicat heç-heçə etdi

22 Aprel 03:00 Şahmat 1 121
Nicat heç-heçə etdi

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirinin növbəti görüşündə heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı qrossmeyster XIII turda Vidit Santoşla (Hindistan) qarşılaşıb.

Abasov qara fiqurlarla oynayıb.

Bu nəticədən sonra Abasov 3,5 xalla sonuncu - səkkizinci pillədə qərarlaşıb. Santoş isə 5,5 xalla altıncıdır.

Yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 04:10 Xəzərdə zəlzələ oldu