"Aydın Süleymanlı və Məhəmməd Muradlı artıq milli komandanın qapısını döyürlər".
Sportinfo.az xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti və FİDE-nin vitse-prezidenti Mahir Məmmədov deyib.
O, kişilər arasında Azərbaycan çempionatında gərgin mübarizəyə şahidlik etdiklərini bildirib:
"Yarış iştirakçılarına təşəkkürümü bildirirəm. Görüşlər qarışıq formatda keçirilirdi.
Şahmatçılar əvvəlcə dairəvi sistemdə qüvvələrini sınadılar. Ardınca yarımfinal və final görüşləri baş tutdu.
İştirakçılardan Məhəmməd Muradlını xüsusi vurğulamaq istərdim. O, indiyə qədər 2 dəfə öllə çempionu olub.
Lakin bu dəfə finalda Aydına məğlub olaraq gümüş medalla kifayətləndi. O cümlədən Aydın Süleymanlı da çempion olaraq öz reytinqini qaldırdı".