Şahmat üzrə Azərbaycan millisinin üzvü, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov klublar arasında Almaniya çempionatında iştirak edib.
Sportinfo.az xəbər verir ki, Ş.Məmmədyarov bundesliqada “Viernheim” klubunun şərəfini qoruyub.
Onun komandası maksimum nəticə ilə yarışın qalibi adını qazanıb.
Digər şahmatçımız Nicat Abasovun çıxış etdiyi “Ötigheim” bundesliqanı 6-cı pillədə başa vurub.
Bundesliqada birincilik uğrunda ümumilikdə 16 komanda mübarizə aparıb.