FIDE prezidenti Bakıdadır

03:50 Şahmat 145
FIDE prezidenti Bakıdadır

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni seçilmiş prezidenti Timur Turlov Bakıya səfər edib.

Sportinfo.az Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, o, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədovla görüşüb.

Tərəflər Azərbaycanda şahmatın inkişafı, Bakının beynəlxalq turnirlərə ev sahibliyi təcrübəsi, FIDE və AŞF arasında əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Yekunda milli federasiyanın rəhbəri qonağa xatirə hədiyyəsi təqdim edib.

Ötən ay Timur Turlov FIDE-nin yeni prezidenti, Mahir Məmmədov isə üçüncü dəfə ali şahmat qurumunun vitse-prezidenti seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 18:10 Çək və bizə göndər!
5 Oktyabr 09:20 "Sakit qalmaq lazımdır"