Bakıya səfər edəcək, Məmmədovla qarşılaşacaq - 55 min dollar üçün

04:40 Şahmat 99
Bakıya səfər edəcək, Məmmədovla qarşılaşacaq - 55 min dollar üçün

Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə növbəti dəfə “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, festivaldan öncə şahmat dünyasının əfsanəvi simalarından biri, 15-ci dünya çempionu Vişvanatan Anand Bakıya səfər edəcək.

Hindistanlı şahmatçı Azərbaycan çempionatının son qalibi Rauf Məmmədovla rapid və blits partiyalarında üz-üzə gələcək. Vişvanatan Anandla Rauf Məmmədov arasında turnirin 27-30 aprel tarixlərində keçirilməsi planlaşdırılır.

“Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalı Baku Crystal Hall-da 27 aprel (gəlmə günü) - 6 may (son tur və bağlanış) tarixləri arasında keçiriləcək və şahmatçılar üç qrupda İsveçrə sistemi üzrə 9 turda (A, B və C) mübarizə aparacaq.

Festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarına bərabərdir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Mart 08:20 Qeyrət üçün 50 manat