"Bu idmandır, səhv edən məğlub olur" - Federasiyanın prezidenti

17 Fevral 03:50 Şahmat 298
"Bu idmandır, səhv edən məğlub olur" - Federasiyanın prezidenti

"Ümidvarıq ki, gələcəkdə bütün çempionatlarımız belə keçəcək".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov ölkə çempionatının bağlanış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Qurum rəhbəri bu gün başa çatan yarışla bağlı təəssüratlarını bölüşüb:

"Tarixi, Azərbaycanın ən güclü şahmatçılarının iştirakı, həm də ilk dəfə bu sistemlə keçirilən yarış başa çatdı. Bu gün qaliblər müəyyənləşdi. Finallar çox gərgin mübarizə şəraitində keçdi. Şəhriyar Məmmədyarov gözləniləndən fərqli olaraq ikinci yeri tutdu. Baxmayaraq ki, final mərhələsində üstünlük nümayiş etdirmişdi. Bu idmandır, səhv edən məğlub olur".

M.Məmmədov ölkə çempionatını rekord sayda tamaşaçının izlədiyini vurğulayıb:

"Şahmatçıların hər birinin bu yarışda iştirakından məmnunuq. Deyilənə görə, çempionatı rekord sayda tamaşaçı canlı izləyib. Rəqəmlər də açıqlandı. Həm sosial şəbəkələrdə, həm də televiziya vasitəsilə geniş şəkildə işıqlandırıldı. Bu da bizi sevindirməyə bilməz. Ümidvarıq ki, gələcəkdə bütün çempionatlarımız belə keçəcək. Bütün şahmatçıları təbrik edirəm".

Kişilərin mübarizəsində Rauf Məmmədov finalda Şəhriyar Məmmədyarovu üstələyərək karyerasında 6-cı dəfə Azərbaycan çempionu olub. Üçüncü yeri Misrətdin İskəndərov tutub.

Qadınların yarışında Günay Məmmədzadə Gövhər Beydullayevanı məğlub edərək çempion tituluna yiyələnib. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Ülviyyə Fətəliyevaya qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”