"Mən özümü Azərbaycan çempionatında qalib sayıram"

17 Fevral 03:09 Şahmat 722
"Mən özümü Azərbaycan çempionatında qalib sayıram"

"Mən bu çempionatda özümü qalib sayıram".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ölkə çempionatının bağlanış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Finalda məğlub olan qrossmeyster öz oyununu yüksək qiymətləndirib:

"Mən bu çempionatda özümü qalib sayıram. Ardıcıl 6 oyunda qələbə qazandım. 15 ilə yaxındır həyatımda belə uğurlu ardıcıllıq olmamışdı. Bu, çox çətindir. Öz nəticəmi gözəl qiymətləndirirəm. Bəzən birinci yeri tutursan, amma nəticədən razı qalmırsan".

O, federasiyaya təşəkkür edib:

"Azərbaycan Şahmat Federasiyasının rəhbərliyinə təşəkkür edirəm ki, belə yarış təşkil etdilər. Bunu həyata keçirmək çox çətindir.

Qalır bundan sonra Avropa və dünya çempionatlarında Azərbaycanı yaxşı təmsil etmək".

Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalında Rauf Məmmədova məğlub olaraq ikinci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”