“Şükür Allaha ki, bəxtim gətirdi, çempion oldum”

16 Fevral 03:40 Şahmat 1 380
“Şükür Allaha ki, bəxtim gətirdi, çempion oldum”

"Çempionluğu atama həsr edirəm".

Sportinfo.az xəbər verir ki, bunu şahmat üzrə Azərbaycan çempionatının qalibi olan Rauf Məmmədov deyib.

O, inanılmaz nəticə qazandığını vurğulayıb:

"Şokdayam, çünki tarixi Azərbaycan çempionatında qələbə qazanmaq çətin idi. Mənim üçün inanılmaz nəticədir. Çempionluğu ötən il rəhmətə gedən atama həsr edirəm. Çünki onun dünyadan köçməsinin bir ili tamam oldu. Həmişə Azərbaycan çempionatında iştirak etməyimi istəyirdi".

Qrossmeyster yarımfinalda Teymur Rəcəbov, finalda isə Şəhriyar Məmmədyarovla duelləri dəyərləndirib:

"Bu cür şahmatçıları məğlub etmək, əlbəttə, çox çətindir. Bir az da bəxt lazımdır. Şükür Allaha ki, bəxtim də gətirdi. Həm Teymur, həm də Şəhriyarla oyun çətin keçdi".

Şahmatçı qarşıdakı planlar barədə sualı da cavablandırıb:

"Hələlik dincəlmək istəyirəm. Çünki çox çətin yarış oldu. Daha sonra bu barədə düşünəcəyəm".

Rauf Məmmədov finalda Şəhriyar Məmmədyarova qalib gələrək Azərbaycan çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”