Azərbaycan çempionu oldular - SÜRPRİZ SONLUQ

16 Fevral 03:10 Şahmat 441
Azərbaycan çempionu oldular - SÜRPRİZ SONLUQ

Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, yarışın son günündə həlledici qarşılaşmaların tay-breyk görüşləri baş tutub.

İlk iki partiyada qalibi müəyyənləşdirə bilməyən cütlər yenidən lövhə arxasına keçiblər. Kişilərin mübarizəsində Rauf Məmmədovla Şəhriyar Məmmədyarov Azərbaycan çempionu titulu üçün növbəti dəfə üz-üzə gəliblər.

Tay-breykdə rəqibindən üstün olan Məmmədov qələbə qazanaraq birinci yeri tutub. Bu, onun 6-cı Azərbaycan çempionluğu olub.

Qadınların yarışında isə hərəyə bir qələbə qazanan Günay Məmmədzadə ilə Gövhər Beydullayeva qalib adı uğrunda oynayıblar.

Daha inamlı çıxış edən Məmmədzadə çempion tituluna yiyələnib.

Bürünc uğrunda görüşdə isə Gülnar Məmmədova Ülviyyə Fətəliyevanı məğlub edərək, mükafatçılar arasında yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”